Milli atlet: “Onların etdikləri düzgün deyildi, bayrağımız hər şeydən ucadır”

Milli atlet: “Onların etdikləri düzgün deyildi, bayrağımız hər şeydən ucadır”

Hazırda oxunan: Milli atlet: “Onların etdikləri düzgün deyildi, bayrağımız hər şeydən ucadır”

130995

“Ora bayağımızı qaldırmağa getmişdik. Onların etdikləri düzgün deyildi, bayrağımız hər şeydən ucadır. Erməni təxribatı səbəbindən yarışdan imtina etdik”. 

Bizim.Media xəbər verir ki, bunu Heydər Əliyev adına hava limanında İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ömər Cavadov jurnalistlərə açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Atletlərimiz hava limanında BELƏ QARŞILANDI - VİDEO


Qeyd edək ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb.

Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO