“Zirə” 5 turdan sonra qələbə qazandı - VİDEO 

“Zirə” 5 turdan sonra qələbə qazandı - VİDEO 

Hazırda oxunan: “Zirə” 5 turdan sonra qələbə qazandı - VİDEO 

130824

Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.  

Bizim.Media xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb.

Əvvəlcə "Zirə" "Səbail"i qəbul edib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər. Bu, "Zirə"nin 5 tur sonra ilk qələbəsi olub. Komanda sonuncu dəfə 24-cü turda "Turan Tovuz"a qalib gəlib. 

Həmçinin "Zirə" bu matçdan sonra xallarının sayını 41-ə çatdıraraq "Qəbələ"ni geridə qoyub və 4-cü pilləyə yüksəlib.  

Digər oyunda isə "Neftçi" doğma meydanda "Qəbələ" ilə qarşılaşır. Bu oyun saat 20:00-da start götürüb.  

Qeyd edək ki, turun digər matçları 15 və 16 aprel tarixlərində keçiriləcəklər. 

Misli Premyer Liqası, 30-cu tur 

14 aprel (cümə) 

17:30. "Zirə" - "Səbail" - 3:1 

Qollar: Vladislav Kulaç, 52 (1:0), Rüstəm Əhmədzadə, 69 (2:0), Eldar Quliyev, 90+1  
(3:0), Qoba Zakpa, 90+7 

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev 

Zirə İdman Kompleksinin stadionu 
 


 
 
 
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO