Şahmat tacı uğrunda görüşdə hesab BƏRABƏRLƏŞDİ 

Şahmat tacı uğrunda görüşdə hesab BƏRABƏRLƏŞDİ 

Hazırda oxunan: Şahmat tacı uğrunda görüşdə hesab BƏRABƏRLƏŞDİ 

130652

Qazaxıstanın paytaxtında şahmat tacı uğrunda matç davam edir.  

Bizim.Media xəbər verir ki, Astanada bu gün 4-cü partiya oynanılıb.  

Bu partiyaya qədər rusiyalı şahmatçı Yan Nepomnyaşı 2:1 öndə idi. Lakin 3-cü partiyadan etibarən çinli qrossmeyster Din Lijenin özünə gəldiyi sezilirdi. Dünən qaralarla oynamasına baxmayaraq, Din Lijen rahat şəkildə rəqibinin hücumlarını dəf edə bilmişdi.  

Çoxları bu gün keçiriləcək  partiyanın həlledici olacağını söyləyirdi. Qarşıdakı oyunlarda bunu görmək olacaq.  

Bu gün isə Din aqressiv oyun nümayiş etdirdi. Partiyanın ilk hissəsində hər-hansı bir şahmatçının üstünlüyü nəzərə çarpmırdı. Lakin Nepomnyaşınin atla d4 gedişi gedişata təsirini göstərdi. Rusiyalının açıq-aşkar səhvi Din Lijenin hücum üçün variantlarını artırdı. Bu səhv təqribən 3,5 piyada demək idi. Əlbəttə ki, Din fürsətdən maksimum istifadə edərək qələbə qazandı.  

Beləliklə, 4 partiyadan sonra hesab bərabərdir. Sabah matçdqa fasilədir. Növbəti partiya şənbə günü oynanılacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO