Ronaldonun yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ - FOTO 

Ronaldonun yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ - FOTO 

Hazırda oxunan: Ronaldonun yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ - FOTO 

130633

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu baş məşqçisi Rudi Qarsiyanın istefaya göndərilməsini rəsmən açıqlayıb. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Rudi Qarsiya ötən ilin yayından komandaya rəhbərlik edirdi.  

Kriştiano Ronaldonun çıxış etdiyi komandanın yeni baş məşqçisi də müəyyənləşib. Klubun açıqlamasında bildirilib ki, buna qədər Ər-Riyad təmsilçisinin U-19 komandasını çalışdıran xorvatiyalı Dinko Jeliçiç əsas komandanın baş məşqçisi təyin edilib. 
Qeyd edək ki, Qarsiyanın istefaya göndərilməsinə Kriştiano Ronaldo ilə arasındakı fikir ayrılıqlarının səbəb olduğu iddia olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO