"Azərreyl" ilk finalda qalib gəldi - FOTO 

Hazırda oxunan: "Azərreyl" ilk finalda qalib gəldi - FOTO 

130417

Bu gün Voleybol Mərkəzində Yüksək Liqanın bürünc və qızıl medalları uğrunda ilk oyunlar keçirilib.

Bizim.Media xəbər verir ki, günün birinci matçı çempionluq üçün yarışan "Azərreyl" və "Abşeron" klubları arasında olub.  

Görüş gərgin başlayıb. Uzatmaya qədər davam edən ilk setdə "Azərreyl" 26:24 hesabı ilə üstün olub. "Abşeron" klubu ikinci hissədə çox çalışsa da set yenə Eldar Yusubovun komandasının qələbəsi ilə yekunlaşıb - 25:22. Növbəti hissədə tam təşəbbüsə yiyələnən "Azərreyl" 25:13 hesabı ilə qalib gəlib.

Beləliklə, çempionluq uğrunda ilk matçı "Azərreyl" 3:0 hesabı ilə öz xeyrinə yekunlaşdırıb. 

Sonra meydana üçüncülük üçün mübarizə aparan "Murov" və UNEC kollektivləri çıxıblar. Bu qarşılaşma da 3 hissə davam edib. Vüqar Əliyevin yetirmələri setlərdə müvafiq olaraq 25:14, 25:12 və 25:16 hesabları ilə qalib gələrək oyunu quru hesabla öz xeyrlərinə başa vurublar.

Bununla da "Murov" bürünc medal uğrunda ilk qələbəsini qazanıb. 

Qeyd edək ki, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparırlar.

Yüksək Liqa 

12 aprel 

Final (1-ci oyun) 

"Azərreyl" - "Abşeron" 3:0 (26:24, 25:22, 25:13) 

Bürünc medal uğrunda (1-ci oyun) 

"Murov" - UNEC 3:0 (25:14, 25:12, 25:16) 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO