Mahir Emrelidən narazılıq – Azərbaycana göndərin!  

Mahir Emrelidən narazılıq – Azərbaycana göndərin!  

Hazırda oxunan: Mahir Emrelidən narazılıq – Azərbaycana göndərin!  

129704

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Super Liqanın XXVIII turunda "Antalyaspor"la heç-heçə edib - 1:1.  

Bizim.Media xəbər verir ki, bundan əvvəlki iki oyunda əsas heyətdə yer alan və fərqlənə bilməyən Emreli bu görüşə ehtiyatda başlayıb.  

Fasilədən sonra - 66-cı dəqiqədə meydana daxil olan forvard sona qədər oynayıb. Mahir bu görüşdə də fərqlənə bilməyib. Azərbaycanlı hücumçu bir dəfə real qol imkanı yaxalasa da, boşa verib.  

Matçdan sonra komandanın baş məşqçisi Aleksander Stanoyeviç də bu məqama diqqət edib. Emreli Super Liqada artıq 3 oyunda 228 dəqiqə şans qazanıb. 

Qol və ötürmə hesabını aça bilməyən 25 yaşlı oyunçunun performansına görə üç oyuna ortalama xalı 6,16-dır.  

Mahir Emrelinin uğursuz çıxışı türkiyəli fanatların narazılığına səbəb olub. "Konyaspor" azarkeşləri sosial şəbəkə hesablarında Emrelinin uğursuz transfer olduğunu yazırlar. Həmin paylaşımlardan bəziləri: "Mahirin vaxtı bitdi"; "Emrelini Azərbaycana göndərin"; "Klubun pulları boşa gedir, heyif"...  
"Konyaspor" növbəti oyununu aprelin 19-da XXX tur çərçivəsində "Adana Demirspor"a qarşı keçirəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO