"Sabah" komandasından "Gəncə" üzərində çətin qələbə - FOTO 

Hazırda oxunan: "Sabah" komandasından "Gəncə" üzərində çətin qələbə - FOTO 

129668

Basketbol üzrə Yüksək Liqada 25-ci tura start verilib.  

Bizim.Media xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan açılış oyununda "Gəncə" doğma azarkeşlər önündə, paytaxtın "Sabah" basketbolçularını qəbul edib.  

Xalaxal prinsipi ilə keçən gərgin oyunun sonunda "Sabah" komandası, amerikalı oyunçusu Kalin Kreynin sona bir saniyə qalmış yerinə yetirdiyi dəqiq üçlüklə oyunu 87-84 hesablı qələbə ilə tamamlayıb.  

Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Amil Həmzəyev - 33 xal, 3 ribaund ), "Sabah BK" (Kalin Kreyn - 20 xal, 3 ribaund ).  

Qeyd edək ki, turun digər oyunları ( "Olimpik Şəki" - "Neftçi", "AAAF Xırdalan" - "NTD", "Sərhədçi" - "Zirvə Astara" ) 9, 10 və 11 aprel tarixlərində baş tutacaq. 






Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO