“Azərbaycan haqqında məlumatım var idi” - “Turan Tovuz”un yeni legionerindən AÇIQLAMA

“Azərbaycan haqqında məlumatım var idi” - “Turan Tovuz”un yeni legionerindən AÇIQLAMA

Hazırda oxunan: “Azərbaycan haqqında məlumatım var idi” - “Turan Tovuz”un yeni legionerindən AÇIQLAMA

129654

"Turan Tovuz"un yeni transferi Divinie Naah klubun mətbuat xidmətinə açıqlama verib. 

Bizim.Media xəbər verir ki, 26 yaşlı qanalı yarımmüdafiəçi komandaya fayda verəcəyinə inandığını deyib: 

“İlk öncə yüksək səviyyəli qarşılamaya görə hər kəsə təşəkkürümü bildirirəm. Qısa müddət ərzində özümü bu mehriban kollektivin bir parçası kimi hiss etdim. Karyeramda yüksəliş olmasını istəyirəm. Bunun üçün də mütləq meydana çıxmalıyam.
“Turan Tovuz”a faydalı olacağıma inanıram. Formamı tam bərpa etmək, komandama kömək etmək üçün səylə çalışıram. 

Azərbaycan haqqında kifayət qədər məlumatım var idi. Burada çıxış etmiş bir çox dostlarım var. Gəlməmişdən öncə onlarla da söhbət emişdim. “Turan Tovuz” forması ilə meydana çıxmaq üçün səbrsizlənirəm”. 

Qeyd edək ki, "Turan Tovuz" Divinie Naahla 3 ay+1 illik müqavilə bağlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO