Millimizin beynəlxalq turnirdəki rəqibləri bəlli oldu

Millimizin beynəlxalq turnirdəki rəqibləri bəlli oldu

Hazırda oxunan: Millimizin beynəlxalq turnirdəki rəqibləri bəlli oldu

129511

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş minifutbol üzrə beynəlxalq turnirin püşkü atılıb.  

Bizim.Media xəbər verir ki, bu gün keçirilən püşkatmada 10 komanda iştirak edib.  

Turində Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, İtaliya, Çexiya, CAR, Serbiya və Fransa yığmaları mübarizə aparacaq. Püşkatmada bu komandalar iki qrupa bölünüb. 
A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 

A qrupu: Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan, İtaliya 

B qrupu: Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya, CARYarışın matçları mayın 1-6-da keçiriləcək. Oyunlar Bakı Tennis Akademiyasında baş tutacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO