Qalmaqallı

Qalmaqallı "Yuventus" - "İnter" matçı ilə bağlı qərarlar

Hazırda oxunan: Qalmaqallı "Yuventus" - "İnter" matçı ilə bağlı qərarlar

129362

İtaliya kubokunun "Yuventus" və "İnter" arasında keçirilən ilk yarımfinal matçında (1:1) qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb. 

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisi Xuan Kuadrado ilə "İnter"in qapıçısı Samir Handanoviç final fitindən sonra dava etdikləri üçün hər ikisi 3 oyunluq cəzalanıb və 10 min avro cərimələnib. 

Bundan əlavə, “İnter”in hücumçusu Romelu Lukaku nalayiq hərəkətlərə görə 1 oyunluq cəzalanıb. Cəzaların hamısı A seriyasının oyunlarına da şamil edilir. 

Həmçinin, "İnter"in idman direktorunun köməkçisi Dario Baççin baş hakimi söydüyü üçün 20 min avro cərimələnib. 

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 26-da keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO