"Real"ın çalışdırıcısı Karlo Ançelottinin köməkçisi olan Davide Ançelotti artıq baş məşqçi kimi fəaliyyət göstərmək istəyir.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı məşqçi İsveçrənin "Bazel" klubunu çalışdıra bilər.
Karlo Ançelottinin oğlu müntəzəm olaraq Çempionlar Liqasında çıxış edən klubun baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri hesab olunur. Onun növbəti mövsümdən Superliqa təmsilçisinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Davide Ançelotti 2021-ci ildən "Real"da işləyir. O, daha əvvəl İngiltərənin "Everton", İtaliyanın "Napoli", Almaniyanın "Bavariya" və Fransanın PSJ klublarında köməkçi məşqçi kimi çalışıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:23 / 04.04.2023
Ançelottinin oğlu bu klubu çalışdıra bilər
Hazırda oxunan: Ançelottinin oğlu bu klubu çalışdıra bilər
Hazırda oxunan: Ançelottinin oğlu bu klubu çalışdıra bilər
128926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.