Tərlan Əhmədov da təsdiqlədi: “Kəpəz”də 2 aydır maaşlar verilmir”  

Tərlan Əhmədov da təsdiqlədi: “Kəpəz”də 2 aydır maaşlar verilmir”  

Hazırda oxunan: Tərlan Əhmədov da təsdiqlədi: “Kəpəz”də 2 aydır maaşlar verilmir”  

128453

"Kəpəz"də 2 aydır futbolçulara və məşqçilərə maaş verilmir.  

Bizim.Media xəbər verir ki, bu barədə klubun baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 28-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bildirib:  

“Bəli, son 2 ayın maaşını almamışıq. Klubun İdarə Heyətinin rəhbəri futbolçularla danışıb. Bildiriblər ki, bu həftə məsələ öz həllini tapmalıdır”.  

O, maaş almayan komandanı oyuna kökləməyin çətin olduğunu vurğulayıb:

“Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdi. Bunu yoluna qoyduq. Bizim işimiz insanlara sevinc bəxş etməkdir. Uşaqlara deyirəm ki, oynayarkən evdə sizi həyəcanla izləyən yaxınlarınızı fikirləşin. Onların sevinci milyona dəyər. Gecikmə ola bilər”. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO