Qadın güləşi üzrə Azərbaycan yığması Avropa çempionatına hazırlıq məqsədiylə Polşaya yollanıb.
Bizim.Media xəbər verir ki, martın 28-dən Spala Olimpiya Təlim-Məşq bazasında məskunlaşan yığmamız Polşa, Bolqarıstan, Fransa və Rumıniya komandalarıyla birgə təlim-məşq toplanışı keçir.
Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında hazırlıq prosesində Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) iştirak edir.
Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış aprelin 8-dək davam edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:42 / 30.03.2023
Güləşçilərimiz Avropa çempionatına hazırlıq üçün bu ölkəyə yollandılar - FOTO
Hazırda oxunan: Güləşçilərimiz Avropa çempionatına hazırlıq üçün bu ölkəyə yollandılar - FOTO
Hazırda oxunan: Güləşçilərimiz Avropa çempionatına hazırlıq üçün bu ölkəyə yollandılar - FOTO
128141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.