FİFA-dan Bundesliqa klubuna transfer qadağası

FİFA-dan Bundesliqa klubuna transfer qadağası

Hazırda oxunan: FİFA-dan Bundesliqa klubuna transfer qadağası

127949

FİFA Almaniya Bundesliqasında çıxış edən "Köln" klubuna növbəti 2 transfer dövründə yeni oyunçu qeydiyyatını qadağan edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Kicker" məlumat yazıb.  

Cəzaya səbəb ötən il sloveniyalı hücumçu Yaka Kuberin "Köln"ə keçidinin rəsmiləşdirilməsi zamanı qaydaların pozulmasıdır. 

Ehtimal olunur ki, “Köln” həmin vaxt 16 yaşlı futbolçunu azad agent kimi transfer etmək və Sloveniya klubuna təzminat ödəməmək üçün onu “Olimpiya” (Lyublyana) ilə müqaviləni pozmağa təhrik edib. 

Kuber dərhal 4 ay müddətinə futboldan uzaqlaşdırılıb, Köln isə "Olimpiya"ya 54 min avro cərimə ödəməlidir. Bundesliqa təmsilçisi qərardan 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə bilər. 
"Köln"ün mümkün apellyasiya şikayəti təmin olunmazsa, klub yalnız gənclərdən ibarət komandaların oyunçularını qeydiyyatdan keçirə və ya hazırda klubda olan futbolçuların müqavilələrini yeniləyə biləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO