Qadın millimiz Monteneqroya 6 qolla uduzdu

Qadın millimiz Monteneqroya 6 qolla uduzdu

Hazırda oxunan: Qadın millimiz Monteneqroya 6 qolla uduzdu

127691

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, yığma Bosniya və Herseqovinada Monteneqro ilə qarşılaşıb. 

Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub. 

Beləliklə, 2-ci qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni 3-cü pillədə başa vurub. Azərbaycan millisi bundan əvvəl Qazaxıstanı məğlub edib (2:0), Bosniya və Herseqvoinaya isə uduzub (0:2).  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO