Azərbaycan millisi seçmə mərhələdə ən çox qol buraxan ikinci komandadır

Azərbaycan millisi seçmə mərhələdə ən çox qol buraxan ikinci komandadır

Hazırda oxunan: Azərbaycan millisi seçmə mərhələdə ən çox qol buraxan ikinci komandadır

127555

AVRO-2024-ün seçmə mərhələsinin II turunun növbəti oyunlarından sonra statistik göstəricilər bəlli olub.

Bizim.Media xəbər verir ki, hər iki matçda məğlub olan Azərbaycan millisi hələlik təsnifatda ən çox qol buraxan ikinci komandadır.
 

MÖVZU İLƏ BAĞLI:

Millimiz İsveçə darmadağınla uduzdu: HESAB 5:0 - VİDEO 


Canni De Byazinin baş məşqçisi olduğu yığma iki görüşdə qapısında 9 qol görüb. Milli bu göstəricidə yalnız Lixtenşteyndən (11 qol) geri qalır.

Cəbəllütariq və Lüksemburq 6, Belarus 5 (bir oyuna), San Marino, Malta və Bolqarıstan seçmələri isə 4 qol buraxıblar.

Azərbaycan komandası ən çox qola mane olan kollektivlərin sırasında da yer alıb. Yığma 10 seyvlə Finlandiya ilə birlikdə 4-5-ci yerləri bölüşdürür.

Yusif İmanov Avstriya ilə qarşılaşmada 8, Emil Balayev İsveçlə matçda iki dəfə qurtarış edib. İmanov ümumi qapıçıların siyahısında 6-cı pillədə qərarlaşıb.

Milli üzvü Höccət Haqverdi ikili mübarizələrdə 6 dəfə qalib gəlib. O, hazırda bu göstəricidə 4-6-cı yerləri bölüşdürür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO