“Qarabağ” “Qalatasaray”la oyun üçün daha bir futbolçu dəvət etdi

“Qarabağ” “Qalatasaray”la oyun üçün daha bir futbolçu dəvət etdi

Hazırda oxunan: “Qarabağ” “Qalatasaray”la oyun üçün daha bir futbolçu dəvət etdi

127302

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”la bu gün keçiriləcək xeyriyyə məqsədli yoldaşlıq görüşünə başqa klubdan daha bir oyunçu dəvət edib.

Bizim Media xəbər verir ki, bu, “Zirə”nin hücumçusu Hamidu Keytadır. 28 yaşlı fransalı oyunçunun bugünkü matçda meydana çıxacağı gözlənilir. 

Qeyd edək ki, daha əvvəl bu görüşə "Zirə"dən Anar Nəzirov və Donald Gerye, "Şamaxı"dan isə Rauf Hüseynli və Nihad Quliyev də dəvət almışdı. 

Qurban Qurbanov futbolçularının çoxunun milli komandalarda, bəzilərinin zədəli olması səbəbindən belə qərar verib. 

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" görüşü yerli vaxtla saat 20:00-da başlanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO