Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurdular

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurdular

Hazırda oxunan: Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurdular

127292

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirini 2 medalla başa vurublar.

Bizim.Media xəbər verir ki, yarışın son günündə milli komandanın iki üzvü - Vüqar Talıbov və Camal Qamzatxanov tatami üzərinə çıxıb.

90 kq-da çıxış edən Talıbov startda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq, mübarizəni dayandırıb.

100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb.

Amma rəqib finala çıxdığından Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan yığmasına medalları kişilərdən Turan Bayramov (60 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qazandırıblar.

Onlar müvafiq olaraq fəxri kürsünün 1-ci və 3-cü pilləsinə qalxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO