“İki seçim qarşısında qalmışdım”- De Byazi məğlubiyyətə SƏBƏBLƏR GƏTİRDİ

“İki seçim qarşısında qalmışdım”- De Byazi məğlubiyyətə SƏBƏBLƏR GƏTİRDİ

Hazırda oxunan: “İki seçim qarşısında qalmışdım”- De Byazi məğlubiyyətə SƏBƏBLƏR GƏTİRDİ

127107

Millimiz Avro-2024-ün seçmə mərhələsində ilk oyununu məğlubiyyətlə başa vurub. Yığmamız Avstriyanın qonağı olub. Linsdəki “Raiffeisen Arena”da keçirilən oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra millimizin baş məşqçisi Cani De Byazi məğlubiyyətin səbəblərini açıqlamağa çalışıb:

“İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq".

1:4 hesablı məğlubiyyəti şərh edən italiyalı mütəxəssis matçın komandamız üçün ağır olduğunu bildirib:

"İkinci qoldan sonra inamı itirdik. Son dəqiqələrədək bir az çətin oldu. Çox əziyyət çəkdik".

De Byazi gənc qapıçı Yusif İmanova şans verməsindən və oyun təcrübəsi az olan Bəxtiyar Həsənalızadənin start heyətdə yer almasından da danışıb:

"Bu gün millidə debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim qarşısında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik".

“Biz oyunun boyük hissəsində, demək olar ki, etməli olduqlarımızı etdik".

Bu sözləri isə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik deyib. Onun komandası dünən Avro-2024-ün seçmə mərhələsinin ilk matçında Azərbaycan komandasına 4:1 hesabı ilə qalib gəlib.

Nəticədən və futbolçularından razı qalan alman mütəxəssis bildirib ki, matçın sonunadək rəqibi təzyiq altında saxlayıblar:

“Yalnız ilk 20 dəqiqə çətin keçdi. O vaxta qədər biz mübarizəni uda, oyuna istədiyimiz kimi nəzarət edə bilmirdik. Meydandakı yerdəyişmələrdən sonra isə topa daha çox sahib olduq və düşündüyümüz oyunu sərgilədik. Bu, həlledici amil idi”.

Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-i İsveçə qarşı keçirəcək.

Qrupun ötən gün keçirilən digər matçında İsveç Belçikanı qəbul edib. Bu oyunda qonaqlar 3 cavabsız qolla qalib gəlib. Romelu Lukaku het-trik edib.

Rəşad Rafiqoğlu Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO