"Bavariya" baş məşqçi dəyişikliyini rəsmən açıqladı

Hazırda oxunan: "Bavariya" baş məşqçi dəyişikliyini rəsmən açıqladı

127091

"Bavariya" baş məşqçi dəyişikliyini rəsmən açıqlayıb. 

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, Yulian Naqelsmann istefaya göndərilib, onu bu vəzifədə Tomas Tuhel əvəzləyib. Mütəxəssilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb. 

Qeyd edək ki, "Bavariya" Bundesliqada çempionluq mübarizəsini, Almaniya kuboku və Çempionlar Liqasında işirakını davam etdirir.

Bundesliqada 52 xalla "Bavariya" lider "Borussiya"dan(Dortmund)  1 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.  

Münhen təmsilçisi keçirdiyi son matçda Bundesliqada "Bayer"ə 1:2 hesabı ilə uduzmuşdu və liderliyi əldən vermişdi. 

Xatırladaq ki, T.Tuhelin son klubu "Çelsi" olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO