"Barselona" 250 milyon avroya 3 ulduz futbolçu ala bilər

Hazırda oxunan: "Barselona" 250 milyon avroya 3 ulduz futbolçu ala bilər

12676

İspaniyanın "Barselona" klubu yay transfer dönəmində 3 ulduz futbolçu transfer edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Kataloniya təmsilçisində prezidentliyə namizədlərdən Toni Freyksa "Marca"ya açıqlamasında bildirib.

Funksioner seçiləcəyi təqdirdə, transferlərə ayrılacaq məbləği də açıqlayıb:

"Kluba 250 milyon avro verməyə hazır olan investorla razılaşdıq. Bununla da növbəti mövsüm hücum və müdafiə xətti üçün 3 ulduz futbolçu ilə müqavilə bağlaya biləcəyik".

Freyksa "Bunlar Erlinq Holann və Kilian Mbappe ola bilərmi" sualına isə belə cavab verib:

"Hazırda konkret hansısa oyunçu ilə danışmırıq".

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri martın 7-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO