Ən yaşlı milli komandalar: Azərbaycan yığmasının mövqeyi bəlli OLDU

Ən yaşlı milli komandalar: Azərbaycan yığmasının mövqeyi bəlli OLDU

Hazırda oxunan: Ən yaşlı milli komandalar: Azərbaycan yığmasının mövqeyi bəlli OLDU

126729

Futbol üzrə milli komandaların yaş ortalaması ilə bağlı araşdırma aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) rəsmi saytında məlumat verilib.

Siyahıda Azərbaycan yığması da yer alıb.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv 27,62 yaş ortalamasına malikdir. Komanda ən yaşlı 47-ci millidir. 48-ci sıradakı San Marino (27,62) da eyni göstəriciyə malikdir. Azərbaycan seçməsi Avropa zonasında isə 17-ci olub.

Küveyt (29,76) ən yaşlı, Baham adaları (22,82) ən gənc yığmadır. Avropada müvafiq mövqelərdə Belçika (29,40) və Türkiyə (25,07) qərarlaşıblar. 

Araşdırma 126 komandanı əhatə edib. Siyahı son bir ildə meydana çıxan oyunçulara əsasən tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO