Millinin məşq yeri dəyişdi – “Qalatasaray”la oyuna görə

Millinin məşq yeri dəyişdi – “Qalatasaray”la oyuna görə

Hazırda oxunan: Millinin məşq yeri dəyişdi – “Qalatasaray”la oyuna görə

126339

Futbol üzrə milli komandamız Avro-2024-ün seçmə mərhələsindəki ilk oyunların hazırlığına başlayıb. 

Bizim.Media xəbər verir ki, Cani De Byazinin komandası ilk məşqi Bakı Olimpiya Stadionunun əsas meydançasında keçirməli idi.

Ancaq martın 26-na planlaşdırılan “Qarabağ” - “Qalatasaray” oyununa görə ot örtüyünün qorunması üçün məşqin yeri dəyişdirilib. Belə ki, futbolçular 8-ci kilometr stadionunda hazırlıq keçiblər. Anton Krivatsyuk, Mahir Emreli və Özancan Kökcüdən başqa bütün futbolçular hazırlıqda iştirak ediblər. Milli komandamız tam heyətlə ilk məşqini martın 21-də keçirəcək.
Qeyd edək ki, milli komandamız martın 24-də Avstriya, 27-də isə İsveçlə qarşılaşacaq. Hər iki oyun səfərdə baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO