Dağ velosipedi üzrə Federasiya Kubokunun qalibləri müəyyənləşib

Dağ velosipedi üzrə Federasiya Kubokunun qalibləri müəyyənləşib

Hazırda oxunan: Dağ velosipedi üzrə Federasiya Kubokunun qalibləri müəyyənləşib

126275

Martın 18-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Federasiya Kuboku keçirilib. Xocasəndə yerləşən Dağ Velosipedi Parkında baş tutan yarışda ümumilikdə 30 velosipedçi qrup ötüşməsində mübarizə aparıblar. 

Federasiyadan Bizim.Media-ya bildirilib ki, 15 və 17 yaşadək oğlanlar təyin olunmuş marşrut üzrə 7 kilometr (hər dairə 3,5 kilometr olmaqla 2 dairə), Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar isə 9 kilometr (hər dairə 4.5 kilometr olmaqla 2 dairə) məsafə qət ediblər. 

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Aqşin Bağırlı (MTB-AVF, 19:26) bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Emin Süleymanov (MTB-AVF, 21:33) ikinci, Mübariz Süleymanov isə (MTB-AVF, 21:39) üçüncü yerdə qərarlaşıblar. 
15 və 17 yaşadək oğlanların mübarizəsində isə Qəhrəman Hacızadə (MTB-AVF, 09:37) hamıdan yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tahir Quluzadə (ROEQİUGVM, 10:07) ikinci, Toğrul Məmmədli (MTB-AVF, 10:44) isə üçüncü yerlə kifayətləniblər. 

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO