"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen PSJ-nin futbolçusu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışından danışıb.
Bizim.Media xəbər verir ki, o, hər kəsin argentinalının adının İspan komandası ilə hallandığını eşitməkdən xoşbəxt olduğunu qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
30 yaşlı qolkiper La Liqada yeni rekorda imza atdı
"Messi qayıtmasa, pis olacaq. Çünki burada keçirdiyi illər ərzində böyük uğurlar qazanıb və onun adının "Barselona" ilə hallandırıldığını eşidəndə hamı sevinir”.
Messinin PSJ ilə müqaviləsi bu yay başa çatacaq. Daha əvvəl bildirilirdi ki, La Liqa təmsilçisinə qayıtmaq 35 yaşlı forvard üçün prioritetdir. O, 2004-2021-ci illərdə bu komandada oynayıb.
Bizim.Media