“Qarabağ”ın Bakıda “Qalatasaray”la qarşılaşacağı barədə xəbərlər futbolsevərlərin ürəyincə olsa da, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovu qayğılandırıb.
Bizim.Media xəbər verir ki, mütəxəssis oyunçu qıtlığı ilıə üzləşib.
Matç milli komandaların seçmə mərhələdəki oyunları vaxtına təsadüf etdiyindən “Qarabağ”ın futbolçularının çoxu məhz yığmanın düşərgəsində olacaq. Hətta vəziyyət o yerə çatıb ki, çempion “Qalatasaray”la oyun üçün digər klublardan futbolçu dəvət edə bilər. Bu barədə Qurban Qurbanov özü mətbuata açıqlamasında deyib:
“Oyunçu baxımından problemimiz var. Çünki oyunçularımızın sayı yetərli deyil. Cəmi 11-12 futbolçumuz qalacaq. Ola bilər ki, “Qalatasaray”la matç üçün digər klublarımızdan 2-3 futbolçu götürək.
Bunun üçün klublardan xahiş edə bilərik. Yəni, hansı mövqeyimizdə çatışmazlıqlar, problemlər olacaqsa, onun üçün edəcəyik. Razılıq versələr, dəyişiklik mümkündür”.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:58 / 16.03.2023
“Qarabağ” çətin durumda: “Qalatasaray”la matç üçün oyunçu tapa bilmir
Hazırda oxunan: “Qarabağ” çətin durumda: “Qalatasaray”la matç üçün oyunçu tapa bilmir
Hazırda oxunan: “Qarabağ” çətin durumda: “Qalatasaray”la matç üçün oyunçu tapa bilmir
125817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.