Haaland: \

Haaland: \"Çempionlar Liqasını qazanmaq üçün buradayam\"

Hazırda oxunan: Haaland: \"Çempionlar Liqasını qazanmaq üçün buradayam\"

125714

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland "şəhərlilər"lə Çempionlar Liqasını qazanmaq istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə 22 yaşlı hücumçu özü danışıb.

O deyib: “Əlbəttə, klub Çempionlar Liqasını qazanmaq istəyir. "Mançester Siti" remyer Liqanın son 5 mövsümünün 4-də qalib gəlib. Məni Premyer Liqanı qazanmaq üçün transfer etməyiblər.Çünki onsuz da qalib olmağı bacarırlar. Mən klubun daha sürətli inkişafına və ilk dəfə Çempionlar Liqasını qazanmasına kömək etmək üçün buradayam". 

Qeyd edək ki, Haaland 2022-ci ilin yayında "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçib.

Onun komandası ötən gecə Çempionlar Liqasında 1/8 finalın cavab oyununda Almaniya “Leyptsiq”inə qalib gələrək (7:0, ilk oyun- 1:1) 1/4 finala yüksəlib. Norveçli forvard cavab görüşündə 5 qol vurub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO