Bu mövsüm "Turan Tovuz"un aparıcı üzvünə çevrilmiş kamerunlu futbolçu Runi Eva hazırda bir neçə komandanın transfer siyahısında yer alıb.
Bizim.Media xəbər verir ki, Qərb bölgəsinin təmsilçisi aparıcı hücumçusunu əldən buraxmaq niyyətində deyil.
Bu məqsədlə, artıq hücumçu ilə danışıqlara başlanılıb. "Turan Tovuz" 26 yaşlı forvardın müqavilə müddətini artırmaq niyyətindədir.
Bu mövsüm 23 görüşə çıxmış forvard 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
O, karyerası ərzində "Çaniya", "Veria", "Asteras", "Trikala", "Keçiörengücü" klublarında oynadıqdan sonra ölkəmizə gəlmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:10 / 15.03.2023
“Turan Tovuz” legioneri ilə danışıq aparır
Hazırda oxunan: “Turan Tovuz” legioneri ilə danışıq aparır
Hazırda oxunan: “Turan Tovuz” legioneri ilə danışıq aparır
125687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.