“Beşiktaş” da Bakıya gəlir – “Sabah”la yoxlama oyunu keçirəcək

“Beşiktaş” da Bakıya gəlir – “Sabah”la yoxlama oyunu keçirəcək

Hazırda oxunan: “Beşiktaş” da Bakıya gəlir – “Sabah”la yoxlama oyunu keçirəcək

125620

"Qalatasaray"dan sonra daha bir Türkiyə klubu "Beşiktaş" Bakıda xeyriyyə matçı keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlamasında deyib:

"Azərbaycanda bir komanda ilə oynayacağıq. Tarix dəqiq deyil. Biz 21-24 mart aralığında demişik, onlar isə 25-də istəyir. Hələ dəqiqləşən bir şey yoxdur".

Son məlumatlara görə "Beşiktaş"ın Azərbaycanda oynayacağı komanda "Sabah" klubudur. Hazırda danışıqlar gedir.. Bütün detallar dəqiqləşdikdən sonra rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, "Qalatasaray" martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la yoldaşlıq görüşü keçirəcək. Oyundan gələn gəlir Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım üçün sərf olunacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO