"Barselona" ona söz verdi

Hazırda oxunan: "Barselona" ona söz verdi

125358

"Barselona" yaxın vaxtlarda Serxio Busketsə müqaviləni uzatmağı təklifi edəcək.  

Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu gün futbolçunun agenti Xosep Mariya Orobiç Kataloniya klubunun rəhbərliyi ilə görüşərək ispan oyunçunun gələcəyini müzakirə edib.  

Busketsin hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.  

Yarımmüdafiəçi MLS və Səudiyyə Ərəbistanı klublarından təklif almasına baxmayaraq, daha bir mövsüm "Barselona"da qalmaq istəyir. O, Kataloniya təmsilçisində konkret təklif almayana qədər gələcəyi ilə bağlı qərar verməyəcək. Bildirilib ki, klub bu təklifi ona bu həftə göndərəcəyinə söz verib.  

Qeyd edək ki, Buskets bu mövsüm La Liqada 21 oyunda 3 qolun ötürməsini verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO