Bakıda keçirilən Dünya Kubokunda ilk mükafatçılar bəlli OLDU

Bakıda keçirilən Dünya Kubokunda ilk mükafatçılar bəlli OLDU

Hazırda oxunan: Bakıda keçirilən Dünya Kubokunda ilk mükafatçılar bəlli OLDU

124967

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk mükafatçıları bəlli olub.

Bizim.Media xəbər verir ki, bu gün baş tutan final mərhələsində kişilər arasında sərbəst hərəkətlərdə Qazaxıstan təmsilçisi Milad Kərimi çempion olub. O, ümumilikdə 14 200 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri 13 933 xal toplamış ukraynalı İliya Kovtun tutub. ABŞ təmsilçisi Rili Ruus isə 13 733 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunun finalları bu gün və sabah davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO