Mahir Emreli:

Mahir Emreli: "Gec və ya tez qələbələr, qollar gələcək"

Hazırda oxunan: Mahir Emreli: "Gec və ya tez qələbələr, qollar gələcək"

124910

"Konyaspor"un yeni transferi Mahir Emreli Türkiyə mətbuatına açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, əvvəlcə Türkiyə Superliqasının 24-cü turunda rəsmi debüt etdiyi "Giresunspor"a qarşı oyun (0:0) barədə danışıb: "Giresunspor"la matç yeni oyunçularla birlikdə ilk matçımız idi.

Bu qarşılaşmada qələbə qazanmağı çox istəyirdik. Uzun müddətdir qalibiyyət əldə etməmişik və qolumuz da yoxdur. 3 xal qazanmaq istəyimiz meydanda da görünürdü. Müdafiədə çox qalmadan daha çox hücum etmək istədik. Deməli, bu mübarizə və futbol qələbə üçün bəs etmədi".

25 yaşlı hücumçu qarşıdakı görüşlərdə daha çox çalışıb, mübarizə aparmalı olduqlarını söyləyib: "Hücumda yaradıcı olmalıyıq. Hələ itkilərimiz var. Bunları həll etməyə çalışacağıq. İnanıram ki, gec və ya tez qələbələr və qollar gələcək".

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində Zaqreb "Dinamo"sundan bu mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubuna keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO