\

\"Abşeron\"dan əzmkar qələbə - FOTO 

Hazırda oxunan: \"Abşeron\"dan əzmkar qələbə - FOTO 

124890

Voleybolçu qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Yüksək Liqanın 11-ci turunda ilk olaraq meydana "Abşeron" və "Azərreyl" klubları çıxıblar.

Qarşılaşma gözlənilənlərin əksinə "Abşeron"un üstünlüyü ilə başlayıb. Çempionatın liderini ilk iki hissədə məğlub edən komanda 2:0 hesabı ilə önə keçib. Bundan sonra "Azərreyl" təşəbbüsü ələ alıb və ümumi hesabı bərabərləşdirib. Cütün qalibinin adına isə tay-brekdə aydınlıq gəlib.
Bu hissədə yenə güclü rəqibinə ciddi müqavimət göstərən "Abşeron" yekunda 3:2 (25:21, 26:24, 24:26, 16:25, 15:8) hesabı ilə qələbə qazanıb.

Turun ikinci matçı UNEC və "Murov" kollektivləri arasında olub. Bu oyunda sensasiya qeydə alınmayıb və "Murov" çətinlik çəkmədən quru hesablı (3:0) qələbə qazanıb.

Beləliklə, 11 turdan sonra "Azərreyl" 26 xalla turnir cədvəlində liderliyini davam etdirir. Bugünkü qələbədən sonra xallarının sayını 20-ə çatdıran "Abşeron" 2-ci pilləyə yüksəlib.

Eyni xala malik "Murov" set fərqinə görə 3-cü yerdədir. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa XI tur

"Abşeron" - "Azərreyl" 3:2 (25:21, 26:24, 24:26, 16:25, 15:8)

UNEC - "Murov" 0:3 (15:25, 21:25, 20:25)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO