De Byazi millimizdən gedir - “Müqavilə müddəti bitəndən sonra onu daha uzatmayacağam”

De Byazi millimizdən gedir - “Müqavilə müddəti bitəndən sonra onu daha uzatmayacağam”

Hazırda oxunan: De Byazi millimizdən gedir - “Müqavilə müddəti bitəndən sonra onu daha uzatmayacağam”

124668

Millimizin baş məşqçisi Canni De Byazi yığmamızla Avro-2024-ün seçmə oyunlarından sonra başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə italiyalı mütəxəssis ölkəsinin "Radio Crc" radiosuna açıqlamasında deyib.

O, millimizin ardıcıl 5 oyunda qalib gəlməsi haqda da danışıb:

"Məndən əlimdən gələni etməyimi istədilər, ardıcıl 5 oyunda qalib gəldik və məncə, bu, qeyri-adi hadisədir. Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu daha uzatmayacağam".
Qeyd edək ki, AFFA və De Byazi arasındakı ötən ilin sentyabrın 30-u başa çatan müqavilənin müddəti daha bir seçmə mərhələyə qədər uzadılıb. Mütəxəssis 2020-ci ilin iyulundan Azərbaycan millisini çalışdırır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO