De Byazi: “Uğur qazanırsansa, mükafat da olmalıdır”

De Byazi: “Uğur qazanırsansa, mükafat da olmalıdır”

Hazırda oxunan: De Byazi: “Uğur qazanırsansa, mükafat da olmalıdır”

124472

“Mən bu mövzuda danışmağı sevmirəm. Sosial mediada yazılanların 90 faizi səhvdir. Bu, tarixən belə olub. Bütün millilərdə qələbəyə görə mükafat olur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni de Byazi İctimai TV-də yayımlanan “Bol İdman” verilişində deyib. 

Milli komandanın futbolçularının maaş almadığını xatırladan italiyalı mütəxəssis hansısa uğurlu nəticədən sonra verilən mükafatın normal olduğunu bildirib:  

“Mən 2011-ci ildən milli komandalarla işləyirəm. Həmişə belə olub. Təbii ki, insan bir işi ilk olaraq sevdiyi üçün görür və qarşılığını da görmək istəyir. Uğur varsa, bunun müqabilində mükafatlandırılması da normaldır. Futbolçular millidə maaş almırlar. Burada belə şeylərə çox fikir verirlər. Nə qədər qazandı? Neylədi? Amma daha çox fikirləşmək lazımdır ki, necə edək qələbə qazanaq. Əsas məsələ yaddan çıxır”. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO