”Böyük dəbilqə”: Daha 5 cüdoçumuz mübarizəyə hazırlaşır

”Böyük dəbilqə”: Daha 5 cüdoçumuz mübarizəyə hazırlaşır

Hazırda oxunan: ”Böyük dəbilqə”: Daha 5 cüdoçumuz mübarizəyə hazırlaşır

12437

İsrailin paytaxtı Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirinin üçüncü günündə Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq.

Bizim.Media əbər verir ki, yarışın son günündə kişilər arasında 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Orelyen Disslə  (Fransa) üz-üzə gələcək.
 

MÖVZU İLƏ BAĞLI:

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi


100 kiloqramda Elmar Qasımov İoakim Dvarbi (İsveç), Zelim Kotsoyev Boris Georgiyev (Bolqarıstan) ilə döyüşəcəklər.

Ağır çəkili cüdoçular (100 kiloqramdan yuxarı) Uşangi Kokauri Ben Spiykers (Niderland), Camal Feyziyev Serafim Kompanyes (İsrail) ilə ilk qarşılaşmalarını keçirəcəklər.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb.

66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Cüdoçularımız beynəlxalq turnirin ikinci gününü medalsız başa vurublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO