Çempionlar Liqasında ilk dörddəbir finalçılar müəyyənləşdi - FOTO

Çempionlar Liqasında ilk dörddəbir finalçılar müəyyənləşdi - FOTO

Hazırda oxunan: Çempionlar Liqasında ilk dörddəbir finalçılar müəyyənləşdi - FOTO

124340

Dünən gecə Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib. 

Bizim.Media  xəbər verir ki, ilk oyunda “Benfika” Lissabonda “Brügge” ilə qarşılaşıb. Səfərdə rəqibinə iki cavabsız qolla qalib gələn lissabonlular bu dəfə daha böyükhesablı qələbəyə seviniblər. “Benfika” futbolçuları rəqib qapısından 5 cavabsız top keçiriblər. “Brügge” futbolçuları bu toplardan yalnız birinin əvəzini çıxa biliblər – 5:1.

Beləliklə, “Benfika” Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanan ilk kollektiv olub.

Günün ikinci oyununda “Çelsi” öz meydanında “Borussiya Dortmund”u qəbul edib.

İlk oyunda səfərdə minimal hesabla (0:1) məğlub olan “Zadəganlar” Londonda bunun əvəzini artıqlaması ilə çıxıblar. Matç “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 43-cü dəqiqəsində Rahem Sterlinq meydan sahiblərini önə çıxarıb. İkinci hissənin əvvəlində - 53-cü dəqiqədə isə Kay Havertz on bir metrlik cərimə zərbəsi ilə hesabı 2:0 edib.

Beləliklə, “Çelsi” adını dörddəbir finala yazdırıb.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO