PSJ-də şok itki: Neymar üçün mövsüm bitdi

PSJ-də şok itki: Neymar üçün mövsüm bitdi

Hazırda oxunan: PSJ-də şok itki: Neymar üçün mövsüm bitdi

124128

Fransanın PSJ klubunun futbolçusu Neymar 2022/23 mövsümünü erkən başa vurub. 

Bizim.Media xəbər verir ki, bu barədə Paris təmsilçisi məlumat yayıb.  

Braziliyalı hücumçu dabanındakı zədələrlə əlaqədar riskə getməmək və əməliyyat olunmaq qərarına gəlib. Əməliyyat yaxın günlərin birində Dohada baş tutacaq.  

Futbolçunun təxminən 3-4 ay sonra məşqlərə başlayacağı bildirilib.  

Xatırladaq ki, Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO