Liderlərdən növbəti qələbə - FOTO 

Liderlərdən növbəti qələbə - FOTO 

Hazırda oxunan: Liderlərdən növbəti qələbə - FOTO 

123699

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib.

Bizim.Media xəbər verir ki, bu gün Voleybol Mərkəzində təşkil olunan X turda “Xarı bülbül”- MOİK-lə üz-üzə gəlib.

Qarşılaşma Şuşa komandasının üstünlüyü ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn “Xarı bülbül” ikinci setdə 24:26 hesabı ilə məğlub olub.

Bununla belə, təcrübə öz sözünü deyib. Üçüncü və dördüncü hissələri 25:17, 25:17 hesabı ilə qalib başa vuran “Xarı bülbül” 3 xalı 3:1 hesablı qələbə ilə əldə edib.

Qeyd edək ki, X turun “Neftçi” - “Murov” qarşılaşması baş tutmayıb. “Neftçi” klubu oyuna çıxmadığına görə matçın hakimləri və oyunun supervayzeri qaydalara uyğun olaraq komandaya texniki məğlubiyyət veriblər.
Beləliklə, X turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 29 xalla turnir cədvəlində birincidir. 18 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

X tur “Neftçi” - “Murov” 0:3 (texniki məğlubiyyət)

“Xarı bülbül” - MOİK 3:1 (25:19, 24:26, 25:17, 25:17)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO