“Neftçi” “Turan Tovuz”la oyuna itkilərlə çıxacaq - FOTO 

“Neftçi” “Turan Tovuz”la oyuna itkilərlə çıxacaq - FOTO 

Hazırda oxunan: “Neftçi” “Turan Tovuz”la oyuna itkilərlə çıxacaq - FOTO 

123479

Neftçi” Premyer Liqanın 25-ci turunda qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir.

Bizim.Media xəbər verir ki, “Qarabağ”la oyunun ertəsi günü istirahət edən “ağ-qaralar” martın 1-də hazırlığa başlayıb.

Bu gün baş tutan məşqdə zədəli Ataa Caber iştirak etməyib. Rəhman Hacıyev isə fərdi məşğul olub. Bu futbolçular qərb klubu ilə oyunda iştirak etməyəcəklər.

Martın 5-də saat 19:30-da “Bakcell Arena”da keçiriləcək matçın biletləri dünəndən satışdadır.

Qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO