Karateçimiz beynəlxalq turnirdə gümüş medal qazandı - FOTO

Karateçimiz beynəlxalq turnirdə gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Karateçimiz beynəlxalq turnirdə gümüş medal qazandı - FOTO

122263

Azərbaycan karateçisi Nicat Kərimli (-75 kq) 23-26 Fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirində gümüş medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 21 yaşadək gənclər arasında bir-birinin ardınca Honq Konq, Şotlandiya və Ukraynalı idmançılara qalib gələn karateçimiz finalda misirili rəqibindən irəlidə olmasına baxmayaraq, qələbəni xal fərqi ilə əldən verib.

Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparır.

Mötəbər yarışda  67 ölkədən 1169 idmançının iştirak edir. Turnirə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət qatılıb.




Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO