Yüksək Liqada təxirə salınmış oyunların vaxtı dəqiqləşdi

Yüksək Liqada təxirə salınmış oyunların vaxtı dəqiqləşdi

Hazırda oxunan: Yüksək Liqada təxirə salınmış oyunların vaxtı dəqiqləşdi

122093

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

Bizim.Media xəbər verir ki, həmin oyunlar fevralın 25-də və 28-də baş tutacaq. Fevralın 25-də VI turdan təxirə salınmış “Xarı bülbül” - “Murov” qarşılaşması keçiriləcək.

Oyun saat 15:00-da başlayacaq. Fevralın 28-də isə VII turun təxirə salınan “Xarı bülbül” - MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq. Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO