"Yuventus" "Barselona"nın aqibətini yaşadı

Hazırda oxunan: "Yuventus" "Barselona"nın aqibətini yaşadı

12200

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Portuqaliyada "Portu" ilə qarşılaşan İtaliya "Yuventus"u gözlənilmədən uduzub - 1:2.

Meydan sahiblərinin heyətində 2-ci dəqiqədə Mehdi Taremi, 46-cı dəqiqədə Mussa Mareqa fərqləniblər. Turin klubunun yeganə qoluna isə 82-ci dəqiqə Federiko Kyeza imza atıb.

Gecənin digər matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu İspaniyada Avropa Liqasının son qalibi "Sevilya"nı 3:2 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 7-ci dəqiqədə Susonun qolu ilə meydan sahibləri açıblar. Daha sonra qonaqların heyətində Erlinq Holann het-trik edib.

21 yaşlı norveçlı hücumçu 19, 27 və 43-cü dəqiqələrdə rəqibi cəzalandırıb. Qarşılaşmada son nöqtəni isə 84-cü dəqiqədə La Liqa klubunun forvardı Lük de Yonq qoyub.

Bu komandalar arasında cavab matçları martın 9-da keçiriləcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə Fransa PSJ-si səfərdə İspaniya "Barselona"sını 4:1, İngiltərə "Liverpul"u isə Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO