Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Hazırda oxunan: Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

121770

Azərbaycan boksçusu Malik Həsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirinə qələbə ilə başlayıb.  

Bizim.Media xəbər verir ki, 63,5 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsi çərçivəsində Şpetim Bayokunu (Kosovo) məğlub edib. 

Həsənov rəqibinə 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz 1/8 finalda hindistanlı Şiva Tapa ilə döyüşəcək. Görüş fevralın 22-də baş tutacaq. 

Qeyd edək ki, 40-a qədər ölkədən 398 boksçunun (256 kişi, 142 qadın) qatıldığı yarışa fevralın 26-da yekun vurulacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO