Voleybol ölkəmizdə populyar idman növlərindəndir. Hələ Sovet ittifaqı dövründə Bakının bir neçə komandası SSRİ çempionatlarında yüksək nəticə göstərib.
Bu ənənə müstəqillik illərində elə Faiq Qarayev tərəfindən davam etdirildi. O vaxt voleybolmuzda cəmi bir komanda var idi.
Amma vaxt keçdikcə yeni klublar yarandı. Hətta 7-8 il əvvəl Azərbaycanda əsl voleybol bumu yaşanırdı. Təəssüf ki, belə təmtəraqlı dövr o qədər də uzun çəkmədi. Klublar da yavaş-yavaş dağıldı, məşhur voleybolçular da ölkəmizdən çıxıb getdi.
Bir təhər ayaqda duran komandalar isə oynatmağa oyunçu tapmadılar. voleybolçuların çoxu isə ya karyeralarını bitirib, ya da ölkəmizi tərk edib. İndi voleybolumuz böhran vəziyyətindədir.
Bəs çıxış yolu nədi?
Bu barədə hazırladığımız videomaterialda tanış ola bilərsiniz:
Rəşad Rafiqoğlu, Bizim.Media