Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Hazırda oxunan: Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

120907

Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində final görüşünü keçirib.  

Bizim.Media xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançımız həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Vaja Margelaşvili ilə görüşüb.  

Əlavə vaxtda rəqibinə vazari ilə uduzan Orxan turniri gümüş medulla başa vurub.  

Bu gün tatamiyə çıxan digər cüdoçumuz Balabəy Ağayev isə medal qazana bilməyib. 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO