UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub.
Fransada PSJ-nin qonağı olan Almaniya "Bavariya"sı minimal hesablı qələbə qazanıb. Yeganə qolu 53-cü dəqiqədə Kinqsli Koman vurub. Əsas vaxtın sonuna əlavə olunmuş 2-ci dəqiqədə qonaqların müdafiəçisi Benjamin Pavar ikinci sarı vərəqəni alaraq meydandan çıxarılıb. Gecənin digər oyununda isə "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə eyni hesabla qalib gəlib. Meydan sahiblərindən 7-ci dəqiqədə Brahim Dias fərqlənib.
Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 8-də keçiriləcək.
Bizim.Media