“Konyaspor” rəsmisi: “Mahirlə danışıqlar 90 faiz bitib”

“Konyaspor” rəsmisi: “Mahirlə danışıqlar 90 faiz bitib”

Hazırda oxunan: “Konyaspor” rəsmisi: “Mahirlə danışıqlar 90 faiz bitib”

120005

Türkiyənin "Konyaspor" klubunun idman direktoru Mustafa Göksu Mahir Emreli ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, klub funksioneri "Dinamo"nun hücumçusu ilə danışıqlar apardığını deyib:

"Mahirə marağımız var. Şərtlər uyğun olsa, onu almaq istəyirik. Danışıqlar 90 faiz bitib. Onu bura çağırırıq".

Qeyd edək ki, Mahir Emreli ötən ilin yanvar ayından "Dinamo"da çıxış edir. O, cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 3 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO