Ulvi Quliyev yenidən bu federasiyasnın prezidenti seçildi

Ulvi Quliyev yenidən bu federasiyasnın prezidenti seçildi

Hazırda oxunan: Ulvi Quliyev yenidən bu federasiyasnın prezidenti seçildi

119251

Fevralın 8-də Azərbaycan Karate Federasiyaları Assosiasiyasının ümumi yığıncağı keçirilib. 

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb.

Yığıncaq iştirakçılarını salamlayan Assosiasiyanın üzvü Həmdiyyə Məmmədov yığıncağın gündəliyi barədə məlumat verib. 

Yığıncaqda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyinə seçkilər keçirilib. Assosiasiyanın prezidenti vəsifəsinə Milli Məclisin üzvü Ülvi Quliyev, vitse-prezidenti postuna Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov seçiliblər.
Yığıncaqda həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü seçiliblər.

Yığıncaqda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Sonda Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək Assosiasiyanın yeni seçilən rəhbrəliyini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO