Azərbaycanın bu futbol klubu da Türkiyəyə yardım kampaniyasına QOŞULDU

Azərbaycanın bu futbol klubu da Türkiyəyə yardım kampaniyasına QOŞULDU

Hazırda oxunan: Azərbaycanın bu futbol klubu da Türkiyəyə yardım kampaniyasına QOŞULDU

119214

Azərbaycan futbol klubları da Türkiyədə baş vermiş zəlzələ qurbanlarına yardım etməyə başlayıb.

“Turan Tovuz” klubunun rəhbərliyi bu işə azarkeşləri cəlb etmək üçün maraqlı addım atıb. Belə ki, Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək “Turan Tovuz” – “Kəpəz” oyununun biletlərinin satışından gələn bütün gəlir zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə dəstək üçün göndəriləcək.

Bu barədə Bizim Media-ya “Turan Tovuz” klubundan məlumat verilib.

Klub rəhbərliyi həmçinin yardım kampaniyasına qoşulmaq üçün “Qərb derbisinə bilet al, Türkiyəyə dəstək ol” şüarı ilə də çıxış edib.

Biletləri "Turan Tovuz"un kassasından əldə edə bilərsiniz.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO